RU

Yeni Zelandiya muxtar Kuk adalarını Çinlə münasibətlərində “şəffaflığa” çağırır



Yeni Zelandiyanın Baş naziri Kristofer Luxon, Çinlə münasibətlərini yaxşılaşdırmaq istəyən muxtar Kuk Adaları ilə sıx əlaqələrin olduğunu, lakin adaların Çinlə imzalayacağı müqavilələrin şəffaflıq tələb etdiyini söylədi.“The Guardian” xəbər verir ki, Luxon mətbuata açıqlamalar verib ki, ölkəsi ilə tarixi “xüsusi əlaqələri” olan Kuk adaları Çinlə bir sıra müqavilələr imzalamağı planlaşdırır.Luxon, məsələ ilə bağlı hər hansı bir addım atmazdan əvvəl Çinlə razılaşmanın nələri ehtiva etdiyini görməyi gözlədiklərini söylədi.

"Kuk Adaları ilə əlaqələrin yaxın olduğunu, lakin şəffaflığın önəmli olduğunu" vurğulayan Baş nazir Luxon razılaşmanın məzmunu ilə bağlı bunları deyib: "Bu halda heç bir şəffaflıq yox idi və istədiyimiz tək şey budur". qiymətləndirməsini etdi.

Yeni Zelandiya baş nazirinin müavini Uinston Peters Kuk adalarının bu addımlarının "əhəmiyyətli narahatlıq doğurduğunu" iddia etdi.

Ofisindən The Guardian-a verilən açıqlamaya görə, Petersin Kuk Adalarının Baş naziri Mark Braundan razılaşmalar haqqında "ətraflı" məlumat əldə etmək səyləri hələ nəticə verməyib.

"Artıq vaxt keçdi. Ona görə də biz inanırıq ki, Kuk adaları gələn həftə Çində imzalamağı planlaşdırdığı müqavilələrlə bağlı Yeni Zelandiya ilə lazımi şəkildə məsləhətləşmədi", - bəyanatda deyilir.

aia.az
tərcümə şöbəsi



Избранный
29
aia.az

1Источники