RU

Astarada narkokuryer 8 kilo heroinlə saxlanıldı

Astara rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, əvvəllər məhkum olunmuş 44 yaşlı Mirtaleh Ağayev saxlanılıb.

Ondan 8 kiloqram heroin götürülüb.

Araşdırmalarla M.Ağayevin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi və deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Astarada narkokuryer 8 kilo heroinlə <span style=color:red>saxlanıldı

Избранный
84
25
medianews.az

10Источники