RU

Qalmaqallı oyunda motinoru yerindən qopardı - Video

style='margin-bottom:10px;'>

Xəbər verdiyimiz kimi, Türkiyə futbolunda növbəti qalmaqal baş verib.

QOL.az xəbər verir ki, Superliqanın dünən keçirilən “Qalatasaray” - “Adana Demirspor” matçının 12-ci dəqiqəsində baş hakim Oğuzhan Çakır qonaq komandanın qapısına penalti təyin edib. 11 metrlik cərimə zərbəsini Alvaro Morata dəqiq yerinə yetirərək “Qalatasaray”ı hesabda irəli çıxarıb.

30-cu dəqiqədə hesab 1:0 olarkən “Adana Demirspor”un futbolçuları baş məşqçi Mustafa Alperlə məsləhətləşdikdən sonra qəflətən meydanı tərk ediblər. Türkiyə mətbuatının yazdığına görə, “Adana Demirspor” klubunun sabiq prezidenti, hələ də komandaya böyük təsir olan Murat Sancakın tələbi ilə bu addımı atıb.

“Adana Demirspor” yaydığı bəyanatda bildirib ki, "Qalatasaray"ın lehinə penaltinin verildilyi epizodda qayda pozulmayıb, VAR isə 11 metrlik cərimə zərbəsini ləğv etməyib.

Bu arada sosial şəbəkələrdə "Adana Demirspor"un qapısına penalti təyin edilərkən Muran Sancakın buna emosional reaksiyasının görüntüləri yayılıb. 

Əsəblərini cilovlaya bilməyən Muran Sancak qarşısındakı TV monitoru yerindən qoparır, daha sonra isə o, əyləşdiyi VİP tribunanı tərk edir.

Избранный
10
2
teleqraf.com

3Источники