RU

“Qarabağ” gerilədi, "Zirə", "Sabah" və "Turan Tovuz" isə...

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası klubların yeni reytinqini açıqlayıb. 

Fanat.Az xəbər verir ki, qurumun rəsmi saytında dərc olunan siyahıya əsasən, “Qarabağ” dünya sıralamasında 6 pillə geriləyib.

Azərbaycan çempionu hazırda 166,25 xalla 87-ci pillədə qərarlaşıb. Mövqeyi dəyişməyən “Zirə” (103,25 xal) 208-ci sıradadır.

14 pillə geriləyən “Sabah” (61 xal) 400-cü, 5 sıra geriləyən “Turan Tovuz” (53,75 xal) isə 499-cudur.

504 komandanın yer aldığı siyahıya 481 xalla İspaniya “Real”ı başçılıq edir.

Избранный
5
21
fanat.az

10Источники