RU

Bakıda 9 minə satışa çıxarılan bu texnologiya tarixə qovuşdu - FOTO/VİDEO

"Apple" qalmaqallı eynək layihəsini ləğv edib.
 
"Apple" bir müddətdir üzərində çalışdığı AR eynəyi layihəsini dayandırıb.
 
"Bloomberg"in məlumatına görə şirkət məhsulun gözlənilən performansı göstərmədiyi üçün proqramdan imtina edib.
 
Şirkətin əsas məqsədi hər gün istifadə oluna biləcək və adi eynək kimi görünən bir cihaz yaratmaq idi. Bu eynəklər visionOS əsaslı olsa da, VR başlığı olan Vision Pro-nun davamçısı olmayacaqdı. Apple əvvəlcə AR eynəklərinin iPhone ilə işləməsini planlaşdırsa da, sonradan cihazın funksiyalarını dəstəkləmək üçün Mac kompüterlərinə yönəlmişdi.

Mənbələrə görə layihənin dayandırılmasının səbəblərindən biri Vision Pro-nun gözlənilən istifadə səviyyəsinə çatmaması və Apple-ın AR eynəkləri üçün aydın inkişaf strategiyasının olmamasıdır. Bununla belə, şirkət Vision seriyasının növbəti modeli üzərində işlərini davam etdirir. /Milli.az/

Избранный
38
3
moderator.az

4Источники