RU

Azərbaycanın neft ehtiyatları 7 milyard barel həcmində dəyərləndirilir

Bakı. Trend:

Azərbaycanın təsdiq edilmiş neft ehtiyatları 2025-ci il yanvarın1-nə 7 milyard barel təşkil.

Trend bubarədə ABŞ-ın Enerji Məlumatları İdarəsindən məlumat əldə edib.

Məlumata görə, Azərbaycanda xam neft hasilatı (kondensat istisnaolmaqla) 2009-2010-cu illərdə gündəlik təxminən 1 milyon barelhəcmində olub: “2024-cü ildən 2026-cı ilə qədər ümumi neftmayelərinin istehsalının orta hesabla gündəlik 600 min bareldən birqədər çox olacağını proqnozlaşdırılır”.

“Azəri Çıraq Günəşli (AÇG) yatağı Azərbaycanda neft mayelərininhasilatının əsas mənbəyidir. Burada neft hasilatı 2010-cu ildəgündəlik 823,1 min barellə pik həddə çatıb. 2023-cü ilin birinciyarısında yatağından 375,1 barel yüngül xam neft hasil edilib. Buxam neft və Şahdəniz təbii qaz yatağından hasil edilən kondensatAzərbaycanın hasil etdiyi və ixrac etdiyi əsas neft mayeləridir”, -deyə məlumatda qeyd edilib.

Həmçinin məlumatda qeyd edilib ki, Qazaxıstanın təsdiqlənmişneft ehtiyatları 2025-ci il yanvarın 1-nə 30 milyard barel,Türkmənistanın 600 milyon barel, Özbəkistanın 594 milyon bareltəşkil edir.

Избранный
12
1
az.trend.az

3Источники