RU

Yaponiyanın dövlət borcu rekord həddə çatıb

Yaponiyanın dövlət borcu rekord həddə çatıb

Yaponiyanın dövlət borcu 2024-cü ilin sonunda ölkə tarixində ən yüksək səviyyəyə qalxaraq, təxminən 1,317,64 trilyon yenaya (hazırkı məzənnə ilə təxminən 8,7 trilyon dollar) çatıb. AFN.az xarici mediaya istinadən xəbər verir ki, məlumatı Yaponiya Maliyyə Nazirliyi açıqlayıb.Borc məbləği 2023-cü ilin sonundakı vəziyyətlə müqayisədə 31,8 trilyon yen (205 milyard dollardan çox) artıb. "Dövlət büdcəsini təsdiq edən parlamentin aşağı palatasında çoxluğa malik olmadığı və vergilərin azaldılmasını və xərclərin, xüsusən də təhsilə xərclərin artırılmasını tələb edən müxalifətin təzyiqi altında olduğu üçün hazırkı Yaponiya hökuməti çətin ki, borcunu azalda bilsin" - deyə "Kyodo" agentliyinin analitikləri bildirirlər.Yaponiyanın cari maliyyə ili (aprel 2024 - mart 2025-ci il) büdcə kəsiri 34,95 trilyon yen (təxminən 230 milyard dollar) təşkil edir. Kəsir dövlət istiqrazlarının emissiyası ilə əhatə olunur. Onların məbləği son üç il ərzində azalmaqdadır, lakin Yaponiyanın borc öhdəliklərindən büdcə asılılığı hələ də təxminən 30% səviyyəsində qalır. Ölkənin dövlət borcu milli ÜDM-i iki dəfədən çox üstələyir. Eyni zamanda, dövlət istiqrazlarının böyük əksəriyyəti Yaponiyanın hüquqi və fiziki şəxslərinin əlindədir ki, bu da defolt riskini azaldır.

Избранный
9
1
afn.az

2Источники