Bakı.Trend:
Şotlandiyanın Aberdin Universitetinin Azərbaycan Cəmiyyəti həril universitetdə keçirilən beynəlxalq sərgidə ölkəmizi təmsiledib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.
Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan dövlətinin diaspor,gənclər və mədəniyyət siyasətinə, “Gənclərin xarici ölkələrinnüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair2022–2026-cı illər üçün Dövlət Proqramı”na və “AzərbaycanMədəniyyəti - 2040” Milli Mədəniyyət Konsepsiyası və Konsepsiyaçərçivəsində 2025-2030-cu illər üçün Birinci Milli FəaliyyətPlanına uyğun olaraq tələbələri müxtəlif təbliğat materialları,milli geyimlər və bayraqlarla təmin edib.
Sərgidə iştirak edən tələbələrə və ziyarətçilərə Azərbaycanınzəngin mədəniyyəti, milli adət-ənənələri və tarixi haqqında genişməlumat verilib.
Azərbaycana məxsus ekspozisiyada milli kimliyimizə aid müxtəlifmədəni və tarixi elementlər sərgilənib, qonaqlara mətbəximizdənnümunələr, o cümlədən paxlava və şəkərbura təqdim edilib.Ziyarətçilər Azərbaycan bayrağı, onun tarixi və rəmzi mənası barədəməlumatlandırılıb. Bununla yanaşı, onlar UNESCO-nun qeyri-maddimədəni irs siyahısına daxil edilən Azərbaycan kəlağayıları ilətanış olublar.
Sərgidə qonaqlarda maraq doğuran məqamlardan biri də nərd oyunuolub. Onlara oyunun qaydaları izah olunub.
Tədbir mədəniyyətlərarası dialoqun inkişafına və Azərbaycanınzəngin irsi haqqında maarifləndirməni artırmağa imkan yaratdıb.
Qeyd edək ki, Aberdin Azərbaycan Cəmiyyəti 2023-cü ildə AberdinUniversitetində "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsilmüəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçünDövlət Proqramı" çərçivəsində təhsil alan tələbələr tərəfindənyaradılıb.