RU

İbrahim Tatlısəs Azərbaycanın Xalq artistinə evlilik təklif edib - VİDEO

İbrahim Tatlısəs Azərbaycanın Xalq artistinə evlilik təklif edib - VİDEO

“Sovetlər zamanında Nisə Türkiyəyə getmişdi. İbrahim Tatlısəslə görüşmüşdülər. Nisə bacımı da dəvət etmişdilər, onunla bir səhnəni bölüşməyə. İbrahim Nisə bacımın ayaqlarının altında oturub ona təriflər söylədi. Ona Türkiyədə qalmağı məsləhət gördü. Amma bacım ona “baxarıq…” cavabını verdi”.

OLAY yazır ki, bu sözləri Xalq artisti Nisə Qasımovanın bacısı Kövsər xanım “Afaqla 10lar” verilişinə müsahibəsində deyib.

Sənətkarın bacısı bildirib ki, N.Qasımova Türkiyədə olan zamanı türk sənət musiqisinin “imperator”u İbrahim Tatlısəs ona evlilik təklifi edib:

“Bacım Nisə sonra mənə və anamıza gəlib dedi ki, İbrahim söyləyib ki, səni alıram, gəl biz evlənək və sən Türkiyədə qal. Bacım isə cavabında ona demişdi ki, mən nə Türkiyədə qalanam, nə də ki sənə ərə gedən. Mən Nisə Qasımova heç zaman Vətənimi satmaram. Mən Azərbaycan qızıyam. Heç zaman bunu edə bilmərəm”.


Избранный
14
18
qlobal.net

10Источники