19 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandası bu gündən fevralın 14-dək Bakıda təlim-məşq toplanışı keçəcək.
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, U-19 fevralın 15-dən 26-dək Albaniyada Avropa çempionatının 2-ci seçmə mərhələsinin B qrupunda matçlara çıxacaq.
Millimizin heyəti və oyunlarının təqvimi isə belədir:
Mehriban Şahməmmədova, Məsumə Nəzərli, Mədinə Curuqova, Aysu Murtuzayeva, Lalə Abbaszadə (hamısı "Neftçi"), Güləsər İsmailova, Fatimə Əhmədova, Röya Əliyeva, Mədinə Qadimaliyeva (hamısı "Sumqayıt"), Aydan Əkbərova, Pərişan Abdullayeva, Vahidə Əlipaşayeva, Aysel Cumayeva (hamısı "Dirçəliş"), Aysel Ziyadova, Səma Həsənli, Günel Muradova (hamısı "Qəbələ"), Ülviyyə İslamova ("Baku Juniors"), Aydan Həsənova ("Gazikentspor", Türkiyə)
18 fevral
14:30 Şimali İrlandiya – Azərbaycan
Tirana, “House of Football Natural Pitch”
21 fevral
17:30. Albaniya – Azərbaycan
Eqnatiya, “Rrogozhine”
24 fevral
17:30. Azərbaycan - Monteneqro
Tirana, “House of Football Natural Pitch”