RU

Abşeronda kanalizasiya suyu daşıb, çirkli sular “Duz gölü”nə axır - VİDEO

Kanalizaisya borosu daşaraq avtomobil yoluna axıb. Bu səbəbdən yol keçilməz hala düşüb. 

Mia.az Den.az-a istinadla xəbər verir ki, görüntülər Abşeron rayonun Masazır qəsəbəsindəndir.
 
Sakinlər və sürücülər bildirib ki, acınaqlı vəziyyət bir neçə saatdır davam edir. Kanalizasiya borusunun daşması səbəbindən avtomobil yolunu çirkab sular basıb. ən dəhşətlisi budur ki, kanalizasisya suları bir başa yaxınlıqda olan duz gölünə axır. Bu vəziyyətdən həm sürücülər, həmdə sakinlər narahatdırlar.
 
Maraqlısı budur ki, ərazidə çəkiliş apararkən aidiyyatı qurum olan Abşeron Su Meliorasiya Sistemləri İstismarı idarəsinin əməkdaşları gözə dəymədi. Ancaq adı çəkilən qurum mövcud vəziyyətdən xəbərdar olduqlarını deyir. Bildirilib ki, həmin ərazidə diametric 500 mm olan kanalizasiya xətti keçir. Həmin boru daşaraq yolu keçilməz edib. Hazırda idarə tərəfindən təxirəsalınmaz tədbirlər görülür. 
 
Problemin qısa vaxt ərzində aradan qaldırılacağı və həmin xəttin daim nəzarətdə saxlanılacağı bildirilib.

Yeri gəlmişkən, Abşeron Su Meliorasiya Sistemləri İstismarınin yeni rəisi Etribar Nəbiyev Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılovun  qudasının tələbə yoldaşııdır. Əslən Gədəbəydən olan E.Nəbiyevin bu idarəyə rəis təyinatından sonra idarədə böyük gərginliklər yaranıb. Hətta bir ara idarə işçiləri Agentliyin binası qarşısına aksiya keçirib, daha sonra Prezident Administarasiyasına yürüşə belə cəhd ediblər..

MİA.AZ   

Избранный
4
1
mia.az

2Источники