RU

Tramp yeni sui-qəsdlərlə bağlı tapşırıq verib – Pezeşkian

“ABŞ Prezidenti Donald Tramp deyir ki, İranla danışıqlara başlamaq arzusundadır. Amma bununla belə yeni problemlər yaradır”.

Turkustan.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib.

“Tramp yeni anti-İran sui-qəsdlər barədə tapşırıqlar verir. ABŞ İranı dizüstə qoymaqla bağlı ancaq xəyal qura bilər”, – o bildirib.

Qeyd edək ki, bundan öncə Tramp İranla müqaviləyə hazır olduğunu desə də, onun nüvə silahına çox yaxın da olduğunu bildirib. Bununla belə İranın ali rəhbəri Əli Xamenei ABŞ ilə müqaviləyə qarşı çıxıb. Əvəzində SEPAH İran Xameneidən nüvə silahına izn verən fətva verməsini istəyib./Globalinfo.az

Избранный
7
turkustan.az

1Источники