RU

Şabranda evi yararsız hala düşən ailə üçün müvəqqəti çadır qurulub - FOTOLAR

Şabranda evi yararsız vəziyyətə düşən ailə üçün müvəqqəti çadır qurulub.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, FHN-ə Şabran rayonunun Sincanboyad kəndində Qurbanov Təbriz Eyvaz oğluna məxsus fərdi evin yaşayış üçün yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

“Cebheinfo.az”

Избранный
47
14
cebheinfo.az

10Источники