RU

Beynəlxalq Böhran Qrupu Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarındakı irəliləyiş barədə danışıb (MÜSAHİBƏ)

Bakı.Trend:

Azərbaycan və Ermənistan vasitəçisiz sülh danışıqlarıçərçivəsində əhəmiyyətli iş görüblər

Bunu Trend-ə BeynəlxalqBöhran Qrupunun Avropa və Mərkəzi Asiya üzrə proqramının direktoruOlqa Oliker araşdırma məqsədli Bakı səfəri zamanı özəlmüsahibəsində bildirib.

“Xarici oyunçuların sülh prosesinə təsir edə bilib-bilməyəcəyinivə etsə hansı şəraitdə edəcəyini müşahidə etmək hər zamanmaraqlıdır. Onlar sülhə gedən yolda tərəflərin motivasiyasınıdəyişdirə və ya müəyyən güzəştləri daha cəlbedici edə bildikdə,prosesə həqiqətən kömək edirlər. Əgər bunu edə bilmirlərsə, onlarınrolu əhəmiyyətsiz qalır. Onlar görüşlər üçün platforma təmin edə,vasitəçilik edə bilərlər. Mən demirəm ki, bu, önəmsizdir, lakin buamillər həlledici deyil. Biz böyük dəyişikliklər və qeyri-sabitlikdövründə yaşayırıq və bu səbəbdən xarici oyunçuların Cənubi Qafqazölkələrinə təklif edə biləcəyi stimullar da dəyişir”, – deyə obildirib.

Oliker qeyd edib ki, Rusiya ənənəvi olaraq hərbi gücün tətbiqinidəstəkləyib.

“Başqa ölkələr buna daha az meyllidirlər, hərçənd, tarixən onlardaha çox maliyyə stimulları təklif ediblər. Bəzi dövlətlə üçün bubaşqa dövlətlərlə müqayisədə daha böyük önəm kəsb edir. Son beş ilərzində COVİD-19 və Ukraynadakı tammiqyaslı müharibə kimifaktorların təsiri altında bu dəyişikliklər ya üzə çıxıb, ya dadaha da güclənib. Mən iddia etmirəm ki, vasitəçilər daha roloynamırlar. Onlar əvvəlki kimi müəyyən funksiyaları yerinəyetirirlər. Amma Azərbaycan və Ermənistan onlarsız da çox işlərgörürlər. Vəziyyət dəyişir: tərəflərin birbaşa dialoq üçün kifayətqədər əsasları var və ola bilsin xarici oyunçuların təklifləri dahaəvvəlki əhəmiyyətini itirib. Amma bu o demək deyil ki, bu hər zamanbelə olacaq”, -deyə proqram direktoru vurğulayıb.

O qeyd edib ki, hal-hazırda Avropa təhlükəsizliyi istiqamətindəniri oyunçuların əksəriyyəti Cənubi Qafqazı ən yaxşı halda ikincidərəcəli prioritet kimi nəzərdən keçirir

“Rusiya Ukrayna ilə müharibəyə qərq olub; o bunu uzun müddəttəhdid saydığı, ABŞ-nin başçılıq etdiyi Qərbə qarşı mübarizəsininbir hissəsi hesab edir. NATO və Avropa İttifaqı ölkələri üçün bumüharibə, əksinə, öz təhlükəsizlikləri baxımından ekzistensialəhəmiyyət kəsb edir. Onlar diqqətlərini bir-birinə və Ukraynadakıhadisələrə fokuslayıblar. Türkiyə ilə bağlı vəziyyət isə başqadır.Onlar Cənubi Qafqaza daha çox diqqət ayırırlar, amma ənənəvi olaraqonun üçün daxili təhlükəsizliklə bağlı məsələlər, ilk növbədə dəAvropa İttifaqı, ABŞ və bir sıra digər ölkələrin terrorçu təşkilathesab etdiyi Kürdistan Fəhlə Partiyası (PKK) ilə olan münaqişəsiəsas prioritet olaraq qalır. Türkiyə üçün də Ukraynadakıtammiqyaslı müharibə təhdid yaradır – Rusiyanın uğur qazanması onasərf etmir.

Cənubi Qafqaza gəlincə, rəsmi Ankara dinc yolla nizamlanmanın vəmünasibətlərin normallaşması prosesinin real faydalarını görür.Lakin bu maraqların ümumi təhlükəsizlik strategiyaları ilə nədərəcədə uyğunlaşması hələ də dəyişkən məsələ olaraq qalmaqdadır.Ankarada kiminlə danışmağınızdan asılı olaraq fərqli nöqteyinəzərlərlə rastlaşa bilərsiz. Amma, şübhəsiz ki, Cənubi Qafqaz birçox Avropa İttifaqı ölkələri ilə müqayisədə Türkiyəninprioritetlərində daha yüksək mövqe tutur”,- deyə Oliker əlavəedib.

O, Avropa İttifaqının bu regionda genişlənmək üçün “böyükiştahasının” olduğunu düşünmür.

“Gürcüstan namizəd statusunu qazanıb, amma indi bu prosesdondurulub. Həm Brüssel, həm də Tbilisi qərar veriblər ki,hal-hazırda bu proses irəli getmir. Bizim gördüklərimiz ən azındanüzdə olanlardır – Avropanın təhlükəsizlik sistemindəkidəyişikliklər Cənubi Qafqaza daha çox təsir göstərir, əksinə yox.Onu da deyərdim ki, bu regionu diqqətdən kənarda qoymaq olmaz”, –deyə o bildirib

Oliker hesab edir ki, Cənubi Qafqazda öz rolunumüəyyənləşdirməyə çalışan Rusiya üçün bu region olduqca vacibolacaq, belə ki, onun gələcəyi məhz bu regiondakı rolundan asılıolacaq.

“Moskva da bu regiondakı təcrübəsindən dərs çıxarır. Bu nə kimidərslərdir, onu dəqiq deyə bilməyəcəyəm. Amma bu onun gələcəkdəCənubi Qafqaz və başqa regionlarla hansı şəkildə qarşılıqlıəlaqələr quracağına təsir göstərəcək. Hesab edirəm ki, burada başverənlər, Avropa İttifaqı və ABŞ üçün də təsir göstərə bilər. Bununhansı sonluqla nəticələnəcəyini demək hələ çox erkəndir.Hal-hazırda biz tarixin qeyri-müəyyən bir dövrünü yaşamaqdayıq”, -deyə o fikrini yekunlaşdırıb.

X: @Lyaman_Zeyn

Məqalədə:
Избранный
14
az.trend.az

1Источники