RU

AAYDA hərəkət iştirakçılarına müraciət edib

Bildirilib ki, tikinti işlərinə uyğun ərazidə qısamüddətli məhdudiyyətlər tətbiq edilir.

Akademik Həsən Əliyev küçəsi - “Koroğlu” metrostansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində hazırda Əliyar Əliyev və Mirzə Uluqbəy küçələrinin kəsişməsində (Keşlə bazarının qarşısı) tikinti işləri icra olunur.

Operativ Media xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb

Bildirilib ki, tikinti işlərinə uyğun ərazidə qısamüddətli məhdudiyyətlər tətbiq edilir.

Bununla əlaqədar olaraq sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və tikinti ərazisində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri tövsiyə olunur.

Избранный
16
36
operativmedia.az

10Источники