Çinin ABŞ-ə qarşı tətbiq etdiyi tariflər təxminən 13,86 milyard dollar dəyərində mallara təsir edir.
Bu barədə "CNN" Çinin gömrük xidmətinin 2024-cü il üçün statistikasına istinadən məlumat yayıb.
Beləliklə, Pekinin yeni tədbirləri ABŞ-dən ümumi idxalın 9%-dən azına təsir edəcək.
Baş Gömrük İdarəsinin məlumatına görə, Çin və ABŞ arasında ümumi ticarət 2024-cü ildə 3,7% artaraq 688,28 milyard dollara çatıb.