RU

8.6 trilyon dollarlıq borc – ABŞ-nin ən böyük kreditorları kimlərdir?

ABŞ xarici ölkələrə adətən istiqraz satmaqla borclanır. 

 

Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, hazırda istiqrazlara görə ABŞ dövlətinin borcu təqribən 8,635 trilyon dollardır. 

 

Bu istiqrazlar qlobal maliyyə sisteminin aparıcı alətlərini təşkil edir və bir çox ölkələrin portfellərində ön sıralarda yer alır. 

 

Bəs hansı ölkələr ABŞ istiqrazlarına daha çox sərmayə qoyub?

 

Ən çox sərmayəni Yaponiya qoyub. Yaponiya ABŞ-nin 1,099 trilyon dollarlıq istiqrazını alıb. 

 

İkinci və üçüncü sırada Çin və Böyük Britaniya qərarlaşıb. 

 

ABŞ-nin istiqrazlara görə Çinə 768,6 milyard dollar, Böyük Britaniyaya isə 765,6 milyard dollar borcu var.

 

Lüksemburq 424,5 milyard dollar, Kayman Adaları (Böyük Britaniya krallığına daxildir - red.) 397 milyard dollar, Kanada 374,4 milyard dollar, Belçika 361,3 milyard dollar, İrlandiya 338,1 milyard dollar, Fransa 332,5 milyard dollar, İsveçrə 300,6 milyard dollar dəyərində ABŞ istiqrazlarına sahibdir. 

 

İlk iyirmiliyi isə Meksika və Almaniya tamamlayır. Meksika 100,8 milyard dollarlıq, Almaniya 97,7 milyard dollarlıq istiqraz alıblar. 

 

Vasif
 

Избранный
19
sfera.az

1Источники