Norveç 2022-ci ilin fevralından 2024-cü ilin dekabrınadək ixrac etdiyi qazdan təxminən 100 milyard dollar əlavə mənfəət əldə edib .
Sfera.az xarici mediaya istinadən bildirir ki, krallıq yanacaq satışının həcmini kəskin artırıb. Hesabat dövründə ixrac gəlirləri 5 dəfə çoxalıb. Bunun iki səbəbi var: yanacağın ixracının həcminin artması və qazın Ukraynadakı münaqişədən əvvəlki qiymətdən xeyli baha satılması .
Bir sıra Aİ ölkələrinin Rusiya qazını almaqdan imtina etməsi fonunda krallıq 115 milyard dollardan çox gəlir əldə edib .
Norveç Aİ-nin bütün anti-Rusiya sanksiyalar paketlərinə qoşulub. Eyni zamanda, sanksiyalar krallığın iqtisadiyyatına müxtəlif təsirlər göstərib. Bir tərəfdən Norveç rus qazını sıxışdıraraq layiqli gəlir əldə edib, digər tərəfdən Oslo Moskva ilə ikitərəfli ticarət və iqtisadi əlaqələri pozmağa qərar verib.
İnci