RU

Dəniz çəkildi, 2500 illik limanın xarabalıqları üzə çıxdı - FOTO

Ege dənizində baş verənard-arda zəlzələlərdən sonra dəniz suyunun geri çəkilməsi nəticəsində dənizin şimalında eramızdan əvvəl 4-cü əsrdə inşa edildiyi güman olunan 2500 illik qədim limanın xarabalıqları ortaya çıxıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, fakt Balıkəsirdə Burhaniye səmtində aşkarlanıb.

İddiaya görə, bu, qədim Adramytteion şəhərinin liman xarabalıqlarıdır: "Bu, Ege dənizinin təxminən 40 metr çəkilməsindən üzə çıxıb. Belə ki, Burhaniyenin İskele məhəlləsində dəniz çəkildiyi üçün sahildə kiçik adalar əmələ gəlib. Ərazidə yaşayan vətəndaşlar dəniz çəkildikdən sonra ortaya çıxan liman qalıqlarını cib telefonları ilə lentə alıblar".

Lamiyə Əhmədli
MİA.AZ

Избранный
3
1
mia.az

2Источники