RU

“Proses gedir...” - Moskva Trampla danışıqları təsdiqləyir

Moskva və Vaşinqton xarici siyasət idarələri vasitəsilə əlaqə saxlayırlar.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “RİA Novosti”-yə deyib.

O qeyd edib ki, bu dialoqun təfərrüatlarını açıqlamağın mənası yoxdur: “Prezidentin mətbuat katibinin dediklərinə əlavə edəcəyim heç nə yoxdur. Müəyyən əlaqələr var, lakin bu mövzuda hər hansı təfərrüatları işıqlandırmaq üçün heç bir əsasım yoxdur. Amma ümumilikdə proses davam edir”.

Rusiyalı diplomat əlavə edib ki, “çoxsaylı proqnozların əksinə olaraq Donald Trampın Ağ Evə qayıdışı ABŞ-nin daxili siyasətində istiqamət dəyişikliyi və təbii ki, xarici siyasətdə də bir çox yeni komponentlərin və nüansların ortaya çıxması deməkdir”.

Onun sözlərinə görə, yeni administrasiyanın Moskva ilə dialoq fürsətindən istifadə edib-etməyəcəyi yalnız ABŞ-dən asılıdır.

Xatırladaq ki, ötən gün Donald Tramp Vladimir Putinlə telefonla əlaqə saxladığnı və növbəti telefon danışıqlarının olacağını bəyan edib. Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə Vaşinqtondan gələn məlumatı nə təsdiq, nə də təkzib edərək şərh verməkdən imtina edib.

“AzPolitika.info”

Избранный
7
azpolitika.info

1Источники