RU

Ukraynalı qaçqınlar Polşanı tərk edərək Almaniyaya gedirlər

Ukraynalı qaçqınlar kütləvi şəkildə Polşanı tərk edərək Almaniyaya getməyə başlayıblar.

Herbiand.az bildirir ki, bu barədə inPoland Avropa Statistika İdarəsinin (Eurostat) məlumatlarına istinadən xəbər verir.

“Bütövlükdə, ukraynalıların Mərkəzi və Şərqi Avropa ölkələrindən qitənin qərb və cənub hissələrinə köçməsi tendensiyası var. Polşadan Almaniyaya köçmənin səbəbləri daha yüksək əmək haqqı, sosial müavinətlər və yüksək keyfiyyətli tibbi xidmətdir”, - məlumatda deyilir.

2024-cü ilin sonuna olan məlumata görə, Almaniyada 1,14 milyondan çox ukraynalı qaçqın yaşayır ki, bu da Avropa İttifaqına köçən ukraynalıların ümumi sayının 27,2 faizini təşkil edir. Eyni zamanda, Polşadakı Ukrayna vətəndaşlarının sayı 2022-ci ildəki 1,3 milyondan 983,8 min nəfərə qədər azalıb. Çexiyadakı ukraynalıların sayı isə artaraq 379 min nəfərə çatıb.

Bəxtiyar CƏFƏRLİ

Избранный
16
herbiand.az

1Источники