RU

“Qarabağ” - “Səbail” matçının biletləri satışa çıxarıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Səbail” oyununun biletləri satışa çıxarılır.

Arena.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlər bu gün saat 18:00-dan etibarən satışda olacaq.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Belə ki, qiymətlər 3, 7 və 15 manat aralığındadır.

Biletlər bu gündən etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.

Ağdam klubunun yaydığı açıqlamada o da vurğulanır ki, qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Sabah baş tutacaq “Qarabağ” – “Səbail” görüşünə saat 19:00-da start veriləcək.

Избранный
15
arena.az

1Источники