RU

Alimpaşa Məmmədov əmlaklarını geri istəyir

Şəmkir rayonunun həbsdə olan keçmiş icra başçısı Alimpaşa Məmmədov Ali Məhkəməyə kassasiya şikayəti verib.

Aktual.az xəbər verir ki, bu barədə Teleqraf-a onun vəkili Zakir Əliyev bildirib.

Vəkilin sözlərinə görə, A.Məmmədov cəzasının azaldılmasını və üzərinə həbs qoyularaq müsadirəsinə qərar verilmiş əmlakının geri qaytarılmasını istəyir:

"Kassasiya müraciətində bu və digər bir sıra məsələlər əksini tapıb. Şikayətimizdə ümumi ittihamdan narazılıq bildirilib. Çünki ittiham düzgün verilməyib. Bundan əlavə, Abad Şəmkir MMC-nin üzərindən müsadirə qərarının götürülməsini istəmişik. Ali Məhkəmənin kassasiya şikayətimizə nə zaman baxacağı məlum deyil”.

Qeyd edək ki, A.Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi isə sabiq icra başçısının cəzasını 1 il azaldaraq 10 il 6 aya endirib.

Избранный
7
2
ulusum.az

3Источники