RU

Rusiya Qod Nisanovla Araz Ağalarova problem yarada bilər?

Məlum olduğu kimi, fevralın 5-dən Rusiyada miqrantlarla bağlı qaydalar bir qədər də sərtləşdirilib.

Daxili işlər orqanlarının əməkdaşlarına əcnəbilərin ölkədən inzibati qaydada çıxarılmasına dair səlahiyyətlər verilib, eləcə də miqrantlarla bağlı xüsusi miqrasiya reyestri işə salınıb. Rusiyada çox sayda azərbaycanlı miqrantın olduğunu nəzərə alsaq, sözügedən tədbirlər çərçivəsində bu ölkədə olan həmyerlilərimizin də ayrı-ayrı hüquq və azadlıqlarının məhdudlaşdırılmasının qaçılmaz olacağı aydındır.
Yenilik.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Rusiyada əcnəbilərə, xüsusilə də azərbaycanlılara qarşı təzyiqlər yalnız miqrantarla kifayətlənmir. Belə ki, son günlərdə Rusiyada yaşayan və artıq bu ölkənin vətəndaşı olan azərbaycanlılar da hədəf obyektinə çevrilib. Üstəlik, həmyerlilərimizə qarşı çağırışlar ölkənin yüksəkvəzifəli məmurları tərəfindən rəsmi, qanunverici orqanlarda səsləndirilir.Siyasi şərhçi Elxan Şahinoğlu da sosial şəbəkə hesabında rusiyalı deputatların azərbaycanlıların Rusiyadan qovulması çağırışları ilə bağlı paylaşım edib. O bildirib ki, rusiyalı parlamentarilər hətta “azərbaycanlıların diaspora təşkilatlarını dağıtmaq lazımdır” kimi ifadələr səsləndirir: “Bu arada, Rusiyadakı azərbaycanlı biznesmenləri də hədəf göstərir, Araz Ağalarov və Qod Nisanov kimi tanınmış iş adamlarına problem yaratmağı Kremlə “məsləhət” görürlər.
Halbuki Rusiyadakı azərbaycanlı iş adamlarının mütləq əksəriyyəti yaşadıqları ölkənin vətəndaşlarıdır, Rusiya pasportunun daşıyıcılarıdır. Azərbaycan əleyhinə danışan Rusiya Dövlət Dumasındakı deputatların əksəriyyəti bu ölkənin hakim partiyasının üzvləridir. Deməli, elə Kremldəkilər də bunlar kimi düşünürlər. Bu kimi açıqlamaların ardınca, azərbaycanlı miqrantlara qarşı zorakılıq hallarının artacağını proqnozlaşdırmaq olar, hətta Rusiyadakı şovinist qüvvələrin yatmış hücrələrdən çıxaraq təxribatlara əl atacaqları da istisna deyil. Bütün bunlar ona görə baş verir ki, Kreml raketlə vurulan təyyarəyə və öldürülən insanlara görə məsuliyyət daşımaq istəmir”.Rusiyalı ictimai siyasi xadimlər dusunur ki bu cur milletci cagirislar en birinci rusiyanin ozune zerer verer
Избранный
81
18
yenilik.az

10Источники