RU

"Qalatasaray"ın zədəli futbolçusunun durumuna aydınlıq gəlib

Türkiyənin "Qalatasaray" klubunun zədəli futbolçusu Yunus Akgünün durumuna aydınlıq gəlib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, 24 yaşlı vinger daha 7-10 gün yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Yunus Akgün Niderlandda "Ayaks"a 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının matçında sıradan çıxıb. O, cari mövsüm Superliqada 20 matçda iştirak edib və 6 qola imza atıb.

Избранный
48
1
report.az

2Источники