RU

Qobustanda AĞIR QƏZA: Sürücünün anası öldü - 2 yaralı

Bu gün saat 15 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonunun ərazisindən keçən hissəsində “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.   Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticədə avtomobildə olan sərnişinlərdən biri ölüb. Qəzada ölən sərnişin sürücünün anası olub.  Həmçinin sürücü, 32 yaşlı Əli Mahmudov və daha bir sərnişin isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Избранный
29
15
manset.az

10Источники