İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində həbsləri davam etdirir.
Mia.az xarici mətbuata istinada xəbər verir ki, bu barədə Mahmud Abasın lideri olduğu Fələstin Azadlıq Təşkilatı (FAT) hesabat yayıb.
Hesabata görə, təkcə yanvar ayında İsrail hərbçiləri İordan çayının qərb sahilində 580 nəfəri həbs edib: "Ən çox həbslər Cenin şəhərində və qaçqın düşərgəsində baş verib. Saxlanılanlardan 17-si qadın, 60-ı uşaqdır. Onlardan 4-ü həbsdə həyatla vidalaşblar"
Tahir Şəlvəli
MİA.AZ