![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/icbari.webp)
Prezident İlham Əliyev İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında fərman imzalayıb. Fərmana əsasən, icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin xərcləri 2 941 690 000,00 manat məbləğində təsdiq edilib.
Bu xərclərin maliyyələşmə mənbələri aşağıdakılardır:
- icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri 2 571 690 000,00 manat;
- icbari tibbi sığorta fondunun büdcəsinin əvvəlki illərdə istifadə olunmamış vəsaitlərindən (qalığından) 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 370 000 000,00 manat.
Bu fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.