RU

Özlərində cəsarət tapıb həqiqəti qəbul edəcəklər, yoxsa beynəlxalq məhkəməyə müraciət etməliyik - Deputat

"Rusiya tərəfi özlərində cəsarət taparaq ədalətin bərpa olunmasını dəstəkləmirlər. Hərçənd ki, dünya təcrübəsində dəfələrlə biz buna şahidlik etmişik ki, baş vermiş hadisəyə görə həmin ölkə üzr istəyir, təzminat ödəyir, dəymiş ziyan qarşılanır və münasibətlər olduğu kimi davam edir. Ancaq bu cür məsuliyyətdən qaçma halı müasir dövr üçün, hətta istənilən güc sahibi olan bir dövlət üçün də başucalığı gətirmir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, deputat Naqif Həmzəyev Rusiyanın AZAL-a məxsus təyyarənin vurulmasında məsuliyyətdən qaçmasını şərh edərkən dedi. Onun sözlərinə görə, Rusiya tərəfi məsuliyyəti üzərinə götürməsə, beynəlxalq məhkəməyə müraciət etmək lazımdır:

"Xüsusilə də biz tarixə baxsaq görərik ki, Azərbaycan həmişə bu cür məsələlərdə ədalətli olub. Ümumiyyətlə, qonşuluq münasibətlərinin qorunub saxlanması və baş vermiş istənilən hadisədə ədalət prinsipinin əsas götürülməsi əsas meyar olmuşdur ki, bu da Azərbaycanın bu günə qədər güclənə-güclənə gəlib çıxmasını şərtləndirən əsas amillərdən biri kimi dəyərləndirilməlidir. Məhz AZAL təyyarəsinin qəzaya uğramasının əsas səbəbi onsuz da ilk günlərdən artıq hər kəsə bəlli idi. Ekspertlərin rəyləri və fikirləri müxtəlif olsalar da, sonda konkret ssenari üzrə fikirlər birləşdi və sonuncu "qara qutu"nun analizindən sonra qazaxıstanlı rəsmilər tərəfindən dərc edilmiş ilkin hesabatdan da açıq-aydın görünür ki, kənardan təmas var və bu təmasın məhz Rusiya ərazisində olması və Rusiya hərbçilərinin böyük ehtimalla yanlışlıqla verdikləri əmr nəticəsində baş verib. Bu baxımdan da, əgər Rusiya tərəfi etiraf etməsə və məsuliyyəti öz üzərinə götürməsə, mütləq beynəlxalq məhkəməyə müraciət etmək lazımdır. Beynəlxalq məhkəmələrdə ədalətin bərpa olunmasını təmin etməliyik. Çünki bu, həm də gələcəkdə baş verə biləcək buna bənzər hadisələrin qarşısının alınması və yaxud hadisələrin baş verəcəyi təqdirdə hansı nəticələrin olacağını dünyaya və region dövlətlərinə göstərə bilməyimiz üçün vacibdir".

Sahibsiz

Deputatın fikrincə, Rusiya Azərbaycanla münasibətlərin pozulmaması üçün çalışmalıdır.

"Eyni zamanda şəhidlərimiz var, rəhmətə gedən insanlar var. Burada tək Azərbaycan vətəndaşları yox, bir neçə ölkənin vətəndaşları rəhmətə gediblər. Eyni zamanda hətta Azərbaycan vətəndaşı olan, ancaq başqa millətlərə mənsub insanlar var. Bu baxımdan onların da ailələrinin haqqıdır ki, nəticə bərqərar olsun və günahkarlar cəzalandırılsın və məsuliyyəti kimin daşıdığı bilinsin. Gec-tez ədalət öz yerini tapacaqdır. Sadəcə olaraq, səbrlə proseslərin necə cərəyan etməsini gözləmək lazımdır. Qətiyyən Rusiya rəsmiləri imkan verməməlidirlər ki, Azərbaycan-Rusiya münasibətlərinin yaxşı səviyyədə olduğu bir halda əsassız yerə soyuma hadisələri baş versin. Bu baxımdan da, tam məsuliyyət Rusiya tərəfinin üzərindədir və biz inanırıq ki, onlar özlərində cəsarət taparaq həqiqəti qəbul edəcəklər və həqiqətin aşkar edilməsinə özləri töhfə verəcəklər. Bu proses də qarşılıqlı anlaşma şəraitində, hüquq çərçivəsində tənzimlənəcək və həll olunacaqdır", - deyə N.Həmzəyev qeyd etdi.

Türkan İSGƏNDƏRLİ

Избранный
20
redaktor.az

1Источники