RU

Təcili tibbi yardımın çağırışa gecikmə səbəbi BU İMİŞ – Rəsmi AÇIQLAMA

Təcili tibbi yardım xidmətindən şikayətlər bitmir. Hələ də müxtəlif ərazilərdə təcili tibbi yardım ünvana gecikir. Ya yetəri sayda təcili tibbi yardım maşınlarının olmadığı, ya da yollarda tıxac olduğu səbəb gətirilir.İstənilən halda problem mövcudluğunu davam etməkdədir.

Bu günlərdə dünyasını dəyişən 9 yaşlı Zəhra Hacıyevanın anası Əfsanə Hacıyeva da mətbuta açıqlamasında yanvarın 27-si axşam saat 6 radələrində qızının halının qəfil pisləşdiyini və təcili yardım çağırsalar da, gecikdiyini bildirmişdi. Ananın sözlərinə görə, 40 dəqiqə təcili yardımın gəlməyini gözləyiblər, lakin gələn olmayıb və qızını özləri xəstəxanaya çatdırıblar. O deyib ki, təcili yardım gecikməsə, bəlkə də qızının həyatını xilas etmək mümkün olardı.

Maraqlıdır, təcili yardım maşınlarına bütün yollarda “yaşıl işıq” olduğu və mərhələlərlə təcili tibbi yardım maşınlarının sayı artırıldığı halda gecikməyə səbəb nədir? Niyə bu məsələ kökündən həll olunmur?

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB)Bizim.Media-ya bildirilib ki, Bakı şəhəri üzrə gündəlik olaraq 120-130 civarında ambulans xəttə buraxılır. Əlamətdar günlərdə, beynəlxalq və yerli genişmiqyaslı tədbirlər zamanı bu say 150-dək artırılır:

“Bundan əlavə, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının yerləşməsinə yenidən baxılır və əlavə məntəqələrin təşkil olunması nəzərdən keçirilir. Təcili və təxirəsalınmaz tibbi yardım sisteminin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması istiqamətində yeni proqram təminatı hazırlanır. Gün ərzində icra olunan çağırışların sayı 2 000-2 500 civarında olur. Onların arasında kifayət qədər sayda əsassız çağırışlar (təxminən 10-15 faiz) da qeydə alınır. Bu tip çağırışlar təcili tibbi yardıma aidiyyəti olmayan müraciətlər olur. Yeni yaşayış məntəqələrinin salınması, ünvansız yaşayış məskənlərinin olması, nəqliyyat vasitələrinin sıxlığı ilə müşahidə olunan tıxaclar, yol hərəkəti iştirakçılarının ambulanslara yol verməməsi, çağırışların həddindən çox olması ilə müşahidə edilən hallarda gecikmələrin olması qaçılmazdır”.

TƏBİB-dən ölkə üzrə ixtisaslı həkim kadrların çatışmazlığının olduğu da qeyd edilib.

Избранный
10
2
turkustan.az

3Источники