RU

DSMF-in məhkəmə filialı-vəkil bürosu tələbkar qazinin iddia tələbini saxtalaşdırıb - Borclu XŞTMF-nin dövlətə, məhkəməyə, Konstitusiyaya hörmətsizliyi 22 aydır sürür İDDİA

DSMF-inPrezident 2025-ci ili Konstitusia və suverenlik ili elan edib. Ən azı, bu il ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qanunun Konstitusiyanın qüvvədə olacağına böyük ümidlər var. Bəlkə onlarla illərdir icra olunmayan məhkəmə qərarlarının icrası təmin olunar, dövlətin ali məqsədinin insan və vətəndaş hüquqlarını qorumaq, vətəndaşa layiqli həyat səviyyəsinin təmin edilməsi yada düşər, məmurlar vicdansız davranışdan, özbaşınalıqdan əl çəkər. Di gəl, hələ də qanunun , Konstitusiyanın şahlığı yerinə, məmurların şahlığı ilə üz-üzəyik.Bu sətirlərin yazarının pensiyasına 1BİİM-in (hazırda Bakı İnzibati Məhkəməsi) 05.07.2017-ci il tarixli, 2-1(81)-1889/2017 N-li Qərarı (h. Elçin Məmmədov) ilə əlavə olunan 110 manatın verilməsini 6 il sonra 01.04.2023-cü ildən borclu DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (XŞTMF) özbaşına dayandırıb. 22 aydır bu yekəlikdə özbaşınalığa , dövlətə, Konstitusiyaya hörmətsizliyə icra, qanunverici, məhkəmə hakimiyyəti , prokurorluq, Ombudsman , Hesablama Palatası ... son qoymaq istəmir, hərəsi “sosial rüşvət paketini” alıb susur.Bakı İnzibati Məhkəməsində “İnzibati mübahisə üzrə 05.07.2017-ci il tarixli, 2-1(81)-1889/17 saylı Qərarın icrasının dayandırılmasından dəyən maddi-mənəvi ziyanın ödənilməsi” tələbi ilə borclu cavabdeh XŞTMF-yə qarşı (ötən ilin sonlarında) iddia qaldırılıb. İş üzrə 10.02.2025-ci ilə hazırlıq iclası təyin olunub. Elektron kabinetdə isə tələbkar qazinin iddia tələbinə borclu cavabdehin adından DSMF-in Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının (departament müdiri Yeganə Məmmədova və baş mütəxəssis Gülnar Həzizadə) 06.02.2025-ci il tarixli 7 vərəqlik iddiaya aid olmayan etirazı yerləşdirilib. Bu etiraz bir daha borclu DSMF-in pensiya filialının özbaşınalığını, vicdansız davranışını ortaya qoyur. Birincisi, cavabdeh-borclu DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialıdır, Konstitusiyaya zidd yaradılan Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı- 39 saylı vəkil bürosu yox! İkincisi, tələbkar qazinin iddia tələbi “məhkəmə qərarının icrasının özbaşına dayandırılmasından dəyən maddi-mənəvi ziyanın ödənilməsi” haqqındadır, borclu bu tələbi saxtalaşdırıb “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” edib. (?) Bəyəm cavabdehin özbaşınalıqla iddiaçının tələbini dəyişdirmək, cibinə uyğunlaşdırmaq hüququ var? Vətəndaş əlil-qazi Konstitusiyanın 129-cu maddəsi ilə təminat verilən dövlətin adından çıxarılan məhkəmə qərarının məcburi icrasını tələb edir, 60, 68-ci maddə ilə təminat verilən məhkəmə müdafiəsi, özbaşınalığı istisna edən vicdanlı davranış hüququnu istəyir, məhkəmədə də özbaşınalıqla, dələduzluqla üzləşir.ƏƏSMN-in, tabeliyindəki DSMF-in, Sosial Xidmətlər Agentliyinin hüquq doktorlarının hüquqa, məhkəməyə, dövlətə, Konstitusiyaya hörmətsizliyinə Konstitusiya və suverenlik ilində son qoyulacaqmı? Yoxsa “suveren məmurların öz cib konstitusiyaları” qüvvəsini saxlayacaq? Yaşaya bilsək, görərik...(Teref)Məğrur BədəlsoyQarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!DSMF-inDSMF-in

Избранный
19
1
yenisoz.az

3Источники