Azərbaycan Premyer Liqasında XXII tur davam edir.
Msport.az xəbər verir ki, bu gün daha bir oyun keçirilib.
Günün ilk matçında ikinci pillədə qərarlaşan “Araz-Naxçıvan” autsayderlər zonasında yer alan “Kəpəz”lə qarşılaşıb. “Liv Bona Dea Arena”da təşkil olunan görüş 0:0 hesablı qolsuz bərabərliklə yekunlaşıb.
Bununla “Araz-Naxçıvan” xal sayını 44-ə, “Kəpəz” isə 18-ə yüksəldib.
Qeyd edək ki, günün ikinci görüşündə “Zirə” ilə “Neftçi” qarşılaşacaq. Tura sabah keçiriləcək “Qarabağ” – “Səbail” matçı ilə yekun vurulacaq.