RU

Elmar Baxşıyev: "Hər iki cəbhədə oynamağa çalışacağıq"

"Ağır oyun alındı. Hər iki komanda daha çox mübarizə edirdi. Çoxlu epizodlara girdik. Sadəcə dəyərləndirə bilmədik. Yolumuza davam edirik. Çalışıb daha da artığını etməliyik ki, qarşıdakı matçlarda istədiyimiz nəticələrə gəlib çataq".

- Ramon Maçadonun yoxluğu nə dərəcədə təsir etdi? Ayyub Allaş meydana daxil olana qədər sanki hücumda effektivlik görünmürdü...

- Desəm ki, təsir etmir, yalan danışmış olaram. Maçado önəmli oyunçumuz olduğundan daha çox hücumlar da onun üzərində qurulur. Optimist olmalıyıq. Hər bir futbolçu da onu layiqincə əvəzləməyə hazırdır. Ayyuba gəldikdə, 2 gündür bizə qoşulub. Ona da vaxt lazımdır.

- Komandada olan futbolçu sayı həm kubokda, həm də Premyer Liqada istənilən məqsədə çatmaq mənasında rotasiyalar etmək üçün əlverişlidir, yoxsa bunun üçün daha geniş heyət lazım idi?

- Hər iki cəbhədə oynamağa çalışacağıq. Oyunçularıma güvənirəm, inanıram. Futbolçularla da istədiyimiz nəticəni əldə edərik.

Avropa çempionatı: Millimizin seçmə mərhələ üçün heyəti bəlli olub

Rüfət Quliyev: "Bunun özü də təzyiqdir və futbolçulara təsir edir"

Millimiz İnkişaf Kubokunda iştirak edəcək

"Turan Tovuz" hakim idarəetməsindən narazıdır - VİDEO

"Qarabağ"dan "Ferentsvaroş"a - NÖVBƏTİ TRANSFER

Избранный
28
1
apasport.az

5Источники