Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yanvarın 10-da saat 15:00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi 270 nömrəli məktəbdən çağırış daxil olub. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Publika.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, təcili tibbi yardım briqadası tərəfindən 1974-cü il təvvəllüdlü şəxs boynun arxa hissəsinin kəsilmiş yarası diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.
***
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən E.N.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin işçisinə hücum olub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, kişi keçmiş həyat yoldaşının boğazını kəsib.