RU

Azərbaycanda müğənni axtarışa verildi

Müğənni Dəniz Əsədova barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə yenidən axtarış elan olunub.

Publika.az Trend-ə istinadən xəbər verir ki, müğənni Dəniz Əsədova təqsirləndirilən şəxs olduğu cinayət işi üzrə bu gün saat 15:30 tarixinə təyin edilmiş məhkəmə iclasında iştirak etməyib, məhkəmədən yayınıb.

Dəniz Əsədovanın məhkəmədən yayınmasına görə onun barəsində axtarış elan edilməsi ilə bağlı vəkil Asim Abbasovun vəsatəti təmin edilib, məhkəmənin qərarı ilə Dəniz Əsədovanın barəsində axtarış elan edilib.

Əlavə olaraq bildirilir ki, bundan əvvəl də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Dəniz Əsədovanın barəsində axtarış elan edilib.

Избранный
35
49
publika.az

10Источники