RU

Bakıda hərəkətdə olan maşınlar qəzaya düşmüşavtomobilə çırpıldı- REAL VİDEO

Bakıda baş vermiş zəncirvari qəzanın görüntüsü anbaan videoqeydiyyatçıya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 10-da saat 05:56 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Saipa” markalı maşın qəzaya düşmüş “VAZ-2107” markalı avtomobilə çırpılıb. Ardınca arxadan gələn “Renault” markalı digər bir avtomobil də qəzalı vəziyyətdə olan nəqliyyat vasitələriylə toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da hər üç maşına maddi ziyan dəyib.

Kadrda qəzanın baş verdiyi əraziyə suyun dağıldığı və yolun sürüşkən olması səbəbindən yol-nəqliyyat hadisəsinin qeydə alındığı görünür.

Qeyd edək ki, belə halların baş verməməsi üçün qəza zamanı sürücü avtomobili yolun kənarına çəkməlidir. Nəqliyyat vasitəsini idarə etmək mümkün olmadıqda isə digər maşınların zərər görməməsi üçün qəza dayanma nişanından istifadə etmək lazımdır.

Nərmin

Избранный
14
avtosfer.az

1Источники