RU

“Maçadonun yoxluğu oyunumuza təsir edir”

“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının XXII turunda öz meydanında “Kəpəz”lə qolsuz heç-heçə edib.

Msport.az xəbər verir ki, muxtar respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

– Ağır oyun alındı. Hər iki komanda mübarizə apardı. Çoxlu epizoda girdik. Sadəcə dəyərləndirə bilmədik. Yolumuza davam edirik. Çalışıb daha da artığını etməliyik ki, qarşıdakı matçlarda istədiyimiz nəticələrə çataq.

– Ramon Maçadonun yoxluğu oyununuza nə dərəcədə təsir etdi? Əyyub Allaş meydana daxil olana qədər sanki hücumda effektivlik görünmürdü…

– Desəm ki, təsir etmir, yalan danışmış olaram. Maçado önəmli oyunçumuz olduğundan hücumlar daha çox onun üzərində qurulur. Optimist olmalıyıq. Hər futbolçu onu layiqincə əvəzləməyə hazırdır. Əyyuba gəldikdə, 2 gündür bizə qoşulub. Ona da vaxt lazımdır.

– Komandada olan futbolçu sayı həm kubokda, həm də Premyer Liqada istənilən məqsədə çatmaq mənasında rotasiyalar etmək üçün əlverişlidir, yoxsa bunun üçün daha geniş heyət lazımdır?

– Hər iki cəbhədə oynamağa çalışacağıq. Futbolçularıma güvənirəm. Bu futbolçularla da istədiyimiz nəticəni əldə edərik.

Избранный
32
2
msport.az

5Источники