Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, Azərbaycan de-yure dünya bazarına inteqrasiya olunmuş bazardır, de-fakto isə belə deyil:
“Dünya bazarında bir malın qiyməti artanda, mütləq bir neçə gün öncə Azərbaycan bazarı ona reaksiya verir. Endirəndə isə Azərbaycan bazarı demək olar ki, ona reaksiyaya vermir. Azərbaycan bazarı kiçik olduğu üçün bazarının bütün seqmentləri insan qruplarının əlindədir. Dünya bazarında qiymət qalxarsa, Azərbaycan bazarında da qiymət qalxacaqdır. Nazirlər Kabinetinin 114 saylı qərarına görə, qızıl məmulatları, daş-qaşlar dəyişdirilməyən və qaytarılmayan mallar siyahısındadır. Azərbaycan əmtəə bazarında saxta və əyyarı səhv yazılmış qızıllar mövcuddur”.
O qeyd edib ki, 2019-cu ilə qədər ölkədə əyyar palatası var idi:
“Onlar qızılları yoxlayırdılar, damğa vururdular. Biz də istehlakçılara deyirdik ki, hansı qızılın üzərində damğa varsa, onu alın, o yoxlanılıbdır. Lakin indi əyyar palatası ləğv olunubdur. Bu bazar tam nəzərətsiz bir vəziyyətdədir. Ona görə də qızıl bazarında mütləq dəyişiklik aparılmalıdır. Ümumiyyətlə, bu belə qala bilməz və bu bazar mütləq araşdırmalıdır. Belə məsələləri araşdırmaqda çox önəmli rol oynan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi işlər apara bilər. Çünki həmin qurum həmişə belə araşdırmalarda çox ciddi nəticələr əldə edir. Azərbaycanın əmtəə bazarında saxta qızıllar var”.
Leyla Turan
Demokrat.az
10Источники
-
sia.az"Enerji keçidi qlobal iqtisadiyyatı yenidən formalaşdırır" - EKSPERT FİKRİ ( 15693739)
-
avtosfer.az“Manatlıq”taksilərin kəllə-çarxa çıxan qiymət artımı… – Onları cəza gözləyir? – ARAŞDIRMA ( 15669351)
-
turanpress.com“Manatlıq” taksilərin kəllə-çarxa çıxan qiymət artımı… – Onları cəza gözləyir? – ARAŞDIRMA ( 15667429)
-
turkustan.azƏrzaq bazarında qiymət artımı – Rəsmi statistika da inkar etmir ( 15655073)
-
azia.azKərə yağının qiyməti görün neçə oldu-FANTASTİK QİYMƏT ( 15634835)
-
turanpress.comRamazan ayı martın 1-i şənbə günü başlayır. Bütün müsəlman dünyasının həvəslə hazırlaşdığı Ramazan ayının ən mübarək gününün hansı günə düşdüyü insanlarda maraq doğurur. Qədr Gecəsi, İslam təqviminə görə, Quran-ı Kərimin nazil olduğu və "min aydan daha x ( 15630655)
-
sia.azTəbii resurs asılılığı: İqtisadi inkişaf üçün şans, yoxsa təhlükə? - EKSPERT FİKRİ ( 15624401)
-
turkustan.azBayramqabağı "ənənəvi" bahalaşma - Süni qiymət artımını kimlər yaradır? - ŞƏRH ( 15606717)
-
sia.azErmənistandan hansı fərqli davranış gözlənilə bilər? - MÜSAHİBƏ ( 15570567)
-
nocomment.azZəlzələ ilə bağlı yeni layihə – Çoxmərtəbəli binalarda da bu cihazlardan quraşdırıla bilər? ( 15538427)