RU

Səkkiz yaşlı Mehdinin sizin köməyinizə ehtiyacı var: Ən böyük arzusu anasına tərəf addımlamaqdır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Səkkiz yaşlı Mehdinin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Pərvanə Həsənova məlumat verib.
O bildirib ki, övladı anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkir:
"O, yeddi aylıq doğulub. Doğulduğu gün beyninə qan sızıb. 1 ay yarım xəstəxanada yatdıq. Həmin gündən də həkimlərdəyik. Hazırda Mehdinin vəziyyətinin bir balaca yüngülləşməsi üçün Türkiyəyə getməliyik. Orada Mehdi üçün daha ümidverici müalicələr vəd edilib. Bunun üçün bizə 5 min manat lazımdır. Bizim əlimizdə isə bu pulun 300 manatı var sadəcə. Mehdi çox böyük ürəyə sahibdir. Onun ən böyük arzusu dəstək olmadan mənə tərəf addımlamaqdır. Bir ana olaraq övladım üçün əlimdən gələni etməyə çalışıram. Mənim Mehdidən əlavə iki övladım da var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını, övladımın müalicəsi üçün köməklərini əsirgəməmələrini xahiş edirəm".
Ailə ilə əlaqə: 0503227875
Unibank: 5243754447707876 
Избранный
11
oxu.az

1Источники