RU

“Arvad” sözünə irad? – “Üzeyir bəy olanda hələ Milli Məclis yox idi”

Yazıçı-publist Seyran Səxavətin “Yeni Sabah”a müsahibəsi:

– Deputat Aqil Abbas Milli Məclisdəki çıxışı zamanı televziyaları tənqid edərkən, “arvad boğuşması” ifadəsindən istifadə edib. Spiker Sahibə Qafarova isə ona irad bildirərək, bu ifadədən istifadə etməməyi tövsiyə edib. Ümumiyyətlə, “arvad” sözü təkcə parlamentdə yox, ictimai məkanda da qıcıq doğuran sözə çevrilib. Hətta onun istifadəsinin qadağan olunmasını təklif edənlər var. Bu, dildir, onun söz ehtiyatıdır, sizcə, rəsmi fərmanda belə işlənirsə, “arvad” sözündən niyə ürkürlər?

– Mən heç vaxt “arvad” sözündən çəkinməmişəm. Hətta bəzən bu sözü məndən eşidənlər irad bildirib. Mənim də onlara həmişə cavabım o olub ki, onlar niyə “arvad” sözünü mənfi mənada qəbul edirlər?

Üzeyir Hacıbəyov keçən əsrin Azərbaycana bəxş etdiyi bir neçə nəhəng kişidən biridir. Üzeyir bəyin əsərinin adı “Ər və Arvad”dır. Mən Üzeyir bəydən ağıllı və böyük kişiyəm?

“Arvad” sözünü həmişə işlədirəm. Qaldı ki Aqil Abbasın “arvad” sözünü işlətməsinə, mənim spikerimiz Sahibə xanıma hörmətim var. Xoşum gəlir ondan. Amma “arvad” sözü Üzeyir bəy işlədən sözdür, onun əsərinin adıdır. Üzeyir bəy olanda hələ Milli Məclis yox idi. Milli Məclisdə bu cür sözlər demək olmazsa, onda zəhmət olmazsa, tapşırsın “parlamentdə işlədilən sözlər lüğəti” çap etsinlər və Milli Məclisin üzvləri o sözlərdən kənara çıxmasın.

Aqil Abbas yazıçı kimi, Üzeyir bəy kimi danışıb. Mən onu bəyənirəm.

– Həmin sözə, təkcə rəsmilərin yox, gənc nəslin bəzi nümayəndələri də diş qıcardır. Qızların bir çoxu “ərə getmək” ifadəsi yerinə “ailə qurmaq”dan istifadə edir…

– Çox maraqlıdır. Qızlar deyir ki, mən evlənirəm. Qızların evlənməyə ixtiyarı yoxdur. Qızlar ərə gedə bilər. Hər şey belə baş-ayaq olduğuna görə, Azərbaycanda 10 nəfər ailə qurursa, 25 nəfər boşanır. Mən bir yazıçı kimi deyə bilərəm ki, elə boşanmaların da 90 faizinin səbəbi budur. İndiki dövrdə kişi-qadın statusu itib, bir-birinə qarışıb.

Azərbaycan dili var və onun qayda-qanunları var. Deyir ki, filankəsin oğlu evləndi, filankəsin qızı ərə getdi. İndi bu qızlar ərə getmək ifadəsindən niyə çəkinirlər ki?

Yəni dil məsələsi bizim sahəmizdir, icazə versinlər, təmiz Azərbaycan dilində danışaq!

Избранный
29
3
medianews.az

4Источники