RU

Elmar Baxşıyev: "Daha artığını etməliyik"

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 22-ci turunda öz meydanında "Kəpəz"lə 0:0 hesablı heç-heçə edib.

"Ağır oyun alındı. Hər iki komanda mübarizə apardı. Çoxlu epizodlara girdik. Sadəcə dəyərləndirə bilmədik".

İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Kəpəz"lə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis "Kəpəz"lə qarşılaşmada qeydə alınan 0:0 hesablı heç-heçəni şərh edib: "Yolumuza davam edirik. Çalışıb daha da artığını etməliyik ki, qarşıdakı matçlarda istədiyimiz nəticələrə gəlib çataq. Ramon Maçadonun yoxluğu oyununuza təsir etmir desəm, yalan danışmış olaram. Maçado önəmli oyunçumuz olduğundan hücumlar daha çox onun üzərində qurulur. Optimist olmalıyıq. Hər futbolçu onu layiqincə əvəzləməyə hazırdır. Ayyuba gəldikdə, 2 gündür bizə qoşulub. Ona da vaxt lazımdır".

Qeyd edək ki, "Araz-Naxçıvan" 44 xalla 2-ci pillədə yer alıb.

İdman.biz

Избранный
23
2
idman.biz

5Источники