RU

Buzlu suda çimmək faydalıdırmı?

Zamanla yerli və xarici mediada kiminsə qış aylarında dənizdə çimməsinin şahidi olmuşuq.

Şaxtalı qış günündə insanlar isti evlərində olmağa üstünlük verir.

Ancaq elə insanlar da var ki, onlar dənizə yayda deyil , məhz şaxtalı qış günündə gedir. 

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, insanlar əsasən, durğun havada, soyuq suda çimirlər. Amma Bakı “küləklər şəhəri” olduğu üçün bu prosedur təhlükəlidir:

“Küləkli havada buzlu sudan çıxan insan soyuğun təsirinə daha çox məruz qalır. Ancaq onu da deyim ki, buzlu su ürək-damar sistemi, immunitet və stress üçün faydaları çoxdur. Amma burada əsas məqam nizamlılıqdır. Soyuq suya girdikdə, orqanizminiz bədəni hərəkətə gətirən stress hormonları ifraz edir və siz sanki “dağları yerindən tərpətmək” iqtidarında olduğunuzu hiss edirsiniz. Amma sudan çıxdıqdan sonra immun sistemi zəifləyə, tənəffüs xəstəliklərinə səbəb ola bilər".

Sevinc

Избранный
17
hit.az

1Источники