RU

Cənubi Qafqazda sülhün təşviqində müsbət rol oynayırıq - Kobaxidze

“Gürcüstan bölgəmizdə, xüsusən də Cənubi Qafqaz regionunda sülhün təşviqində çox müsbət rol oynayır və bu, bizim regionda əmin-amanlığı və sabitliyi dəstəkləməklə bağlı baxışımızdır”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze İsveçrənin “Die Weltwoche” nəşrinə müsahibəsində deyib.

O, ölkələrin inkişafı üçün sülhün vacibliyini vurğulayıb.

“Tariximizdən bilirik ki, inkişaf sülh olmadan baş verə bilməz. Əmin-amanlığın qorunub saxlanılması, ölkənin inkişafına, iqtisadi tərəqqəsinə hədəflənmək Gürcüstanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi üçün əsasdır. Biz gələcəkdə də bu cür siyasəti aparmaq niyyətindəyik”, - baş nazir söyləyib.
Избранный
8
sherg.az

1Источники