Şamaxıda 27 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb. Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Şamaxı şəhər Qədirli küçəsində yaşayan 1998-ci il təvəllüdlü Məmmədova Ləman İnqilab qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. L. Məmmədova Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.