RU

Məcnun Məmmədov şərab istehsalı və quşçuluq müəssisələri ilə tanış oldu - Fotolar

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bölgələrdə fəaliyyət göstərən şərab istehsalı və quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub.

“Qafqazinfo” xəbər verir ki, İsmayıllı rayonunda “İsmayıllı şərab-2” MMC, Şəkidə “Az-Abrau” MMC, Gəncə şəhərində “Gəncə şərab-1” MMC və Göygöl rayonunda “Göygöl şərab zavodu” MMC şərab istehsalı müəssisələrinə baş çəkən nazirə müəssisələrin mövcud vəziyyəti, istehsalda istifadə olunan texnoloji avadanlıqlar və istehsal olunan məhsullar, rəqabətə davamlı şərab istehsalının artırılması, xarici bazarlara məhsul ixracı imkanları barədə məlumat verilib.

Görüşlərdə şərab ixracının artırılması istiqamətində görülən işlər və atılacaq addımlar müzakirə olunub, qabaqcıl təcrübənin digər istehsalçılara ötürülməsi, bu sahədə kadr potensialının gücləndirilməsi, Azərbaycan Dövlət Aqrar Universitetinin şərab istehsalı müəssisələri ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Daha sonra nazir Məcnun Məmmədov Ucar rayonunda fəaliyyət göstərən “Azerbaijan Poultry Company” MMC-yə baş çəkib, müəssisənin mövcud vəziyyəti ilə tanış olub. Nazirə müəssisədə görülən işlər barədə məlumat verilib, istehsal prosesinin daha da təkmilləşdirilməsi, quş əti istehsalında müasir texnologiyaların tətbiqi məsələləri müzakirə edilib.

















Избранный
20
7
qafqazinfo.az

10Источники