RU

ABŞ-də qripə yoluxma hallarının sayı 15 illik maksimuma çatıb

Bakı. Trend:

ABŞ-də bu ilin qış mövsümü virusları görünməmiş intensivliyəçataraq son 15 ilin ən ağır qrip mövsümü kimi qeydə alınıb.

Trend xaricimediaya istinadən xəbər verir ki, Xəstəliklərə Nəzarət vəProfilaktika Mərkəzi (CDC) bildirib ki, qripəbənzər əlamətlərləhəkimlərə müraciət edənlərin sayı 2009-2010-cu illərdən başlayaraqbütün göstəriciləri aşıb.

Məlumatlar bu il qrip epidemiyasının nə qədər ciddi olduğunugöstərir.

Qrip mövsümünün sərt keçməsinə baxmayaraq, CDC bildirib ki,vaksin alanların sayında dəyişiklik olmayıb. Böyüklərin 44 faiziqrip əleyhinə peyvənd olunub ki, bu da keçən ilin qış mövsümündəpeyvənd olunanların sayına uyğundur. Ancaq uşaqlar arasındapeyvəndləmə səviyyəsi 50 faizdən 45 faizə düşüb.

Bundan başqa, yanvarın sonuna kimi yaşlı amerikalıların 23 faiziCOVID-19 əleyhinə peyvənd olunub ki, bu da keçən illə müqayisədəçoxdur. Bu virus əleyhinə peyvənd olunan uşaqların sayındadəyişiklik olmayıb, 12 faiz təşkil edib.

Yanvar ayının son həftəsi ambulator müəssisələrə müraciət edənpasiyentlərin 7,8 faizi qripəbənzər xəstəliklərdən şikayət edib.Son iki həftə ərzində bu göstərici artaraq yanvarın 25-də 7 faiz,ondan əvvəlki həftə isə 5,8 faiz olub.

Fevralın 1-nə kimi təxirəsalınmaz yardım şöbəsinə əhalinin 8faizi “qrip”, 1 faizi COVID-19, 0,5 faizi isə respirator-sinsitialvirus diaqnozu ilə müraciət edib.

CDC-nin məlumatına görə, novovirusa yoluxanların sayında da buqış artım müşahidə olunub.

Избранный
17
8
az.trend.az

10Источники