RU

Rafinya: “Mən öz dəyərimi bilirəm”

“Barselona”nın braziliyalı cinah hücumçusu Rafinya Səudiyyə Ərəbistanı Peşəkar Liqasının klublarının ona olan marağını şərh edib.

Arena.az “Ekip” dərgisinə istinadən, braziliyalı ulduzun bu barədə fikrini təqdim edir:

“Mən həmişə “Barselona”ya köklənmişəm. Klubdakı insanların inamını hiss etmişəm. Mən öz dəyərimi bilirəm və hər gün “Barselona”ya nə verə biləcəyimə bələdəm”, deyə Rafinya vurğulayıb.

Rafinya Braziliyanın “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rafinya “Barselona” üçün bütün yarışlarda 35 oyun keçirib, 24 qol və 15 məhsuldar ötürmə ilə fərqlənib.

Rafinyanın “Barselona” karyerası ümumilikdə 122 oyun, 44 qol və 40 məhsuldar ötürmədən ibarətdir.

Rafinya Kataloniya nəhəngi ilə 2022/2023-cü illər mövsümündə İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun (2022/2023, 2024/2025) qalibi olub.

Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 31 oyuna çıxıb, 10 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Избранный
33
arena.az

1Источники