RU

Mask 59 milyon dollarlıq əsassız xərc aşkarlayıb

ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması üzrə İdarəsi (DOGE) yoxlama zamanı Federal Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (FEMA) vəsaitlərinin xərclənməsində pozuntular aşkar edib.

Olaylar xəbər verir ki, bu barədə idarənin rəhbəri, milyarder İlon Mask "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"DOGE komandası aşkar edib ki, FEMA ötən həftə qanunsuz miqrantların yerləşdirilməsi üçün Nyu-Yorkun dəbdəbəli hotellərinə 59 milyon dollar yönəldib. Bununla agentlik prezidentin fərmanına tabe olmayaraq qanunu pozub", - o qeyd edib.

Onun sözlərinə görə, bu vəsaitlər təbii fəlakətlər zamanı amerikalılara yardım üçün nəzərdə tutulub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
41
8
olaylar.az

10Источники