RU

Karyerası ilə bağlı qərar verdi - "Barselona”da qalır

"Barselona"nın cinah futbolçusu Rafinya ərəb klublarının maraqlandığı xəbərlərə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, "L'Équipé" braziliyalının dediklərini belə çatdırıb.

“Mən həmişə “Barselona”ya diqqət yetirmişəm.İnsanların kluba olan inamını hiss etdim.Mən öz dəyərimi bilirəm və hər gün "Barselona"ya nə verə biləcəyimi bilirəm".

Xatırladaq ki, bu mövsüm braziliyalı hücumçu bütün turnirlərdə 35 matçda iştirak edib, 24 qol vurub və 15 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.

Избранный
22
90deqiqe.az

1Источники