Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə ilə sərhəddə Marqara keçid məntəqəsinin yaxınlarda açılması ilə bağlı xəbərə münasibət bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Ani Badalyanın Armenpress-ə açıqlamasında danışıb.
Onun sözlərinə görə, hazırda Ermənistan və Türkiyə arasında sərhəd-keçid məntəqəsinin açılması kontekstində heç bir dəyişiklik yoxdur:
“Əgər varsa, sizə məlumat verəcəyik”.
Bundan əvvəl Ermənistan KİV-i diplomatik mənbəyə istinadən sərhəd-keçid məntəqəsinin martın 1-də açılacağı barədə məlumat yayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az